26 
Okt
2023
10:04
32
10
866
Virtual karabakh

Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilir

26 Okt, 2023
10:04
866

Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ilk dəfə Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilir.

“Report” xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan forumda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 70 ekspert iştirak edir.

Forum “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycanın dağ-mədən sənayesinin yeri”, “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi”, “Geoekoloji problemlər və dağ-mədən sənayesində ətraf mühitin qorunması”, “Geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzuları üzrə dörd paneldə baş tutacaq.

Qeyd edək ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə və Geoloji Kəşfiyyat Agentliklərinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, “AzerGold” QSC, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə baş tutan forum oktyabrın 27-dək davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri