NETTY Milli İnternet Mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başlayıb. 1 dekabrdan 7 dekabradək müsabiqənin ekspert şurası (şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və virtual münsiflər heyəti (münsiflər heyəti yalnız “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.
İnternet istifadəçilər də öz növbəsində sosial login vasitəsilə virtual münsiflər heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə təsir edə bilərlər.
Müsabiqədə qələbəyə iddia edən NETTY-2023-in nominantlarının yekun siyahısı 8 dekabr tarixində elan ediləcək.
Ekspert şurasının və virtual münsiflər heyətinin seçiminə əsaslanaraq, NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək.
NETTY-2023 qalibləri rəsmi olaraq 18 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilirlər. Mərasimə mükafatın bütün nominantları dəvət edilirlər.
2023-cü ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:
• DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT
• SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT
• BİZNES VƏ SAHİBKARLIQ
• MALİYYƏ, BANK VƏ FİNTECH
• E-TİCARƏT VƏ KOMMERSİYA
• ELM, TƏHSİL VƏ İNNOVASİYALAR
• SƏHİYYƏ, İDMAN VƏ TURİZM
• MƏLUMAT VƏ XƏBƏRLƏR
• MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT
Bu il mükafatı dəstəkləyən tərəfdaşlarımız:
Baş partnyor - “Nar”.
Eksklüziv partnyor - “AzInTelecom”.
Mükafatın rəsmi partnyorları: “SmartHost”, “Savalan” və “Renley”.
“Maliyyə, Bankçılıq və Fintech” nominasiyasının tərəfdaşı - “Simbrella”.
Layihənin informasiya partnyorları: Infocity.tech, Technote.az, Oxu.Az, Media.Az, “Каспий” qəzeti, Baku.TV, Baku.ws, banks.az, “Gilavar” Foto Klubu, “Baku Hit” FM, “Auto life Radio”, “Texnogid”, Tech.az.
Mükafatla əməkdaşlıq haqqında sualları [email protected] ünvanına göndərə bilərsiniz.