Dek
2023
16:44
51
10
934
Virtual karabakh

“Texnika Bank”ın beş milyon manatlıq əmlakları təkrar hərraca çıxarılıb

6 Dek, 2023
16:44
934

“Texnika Bank”ın beş milyon manatlıq əmlakları təkrar hərraca çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 21-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kvadratmetrlik, dəyəri 255 min manat olan 115,9 kvadratmetrlik, dəyəri 397 min manat olan 188,9 kvadratmetrlik, dəyəri 258 min manat olan 117,4 kvadratmetrlik, hər birinin dəyəri 389 min manat olan iki ədəd 185,4 kvadratmetrlik, hər birinin dəyəri 322 min manat olan dörd ədəd 153,2 kvadratmetrlik, hər birinin dəyəri 245 min manat olan yeddi ədəd 111,5 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir. Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 5 085 min manat təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri