Dek
2023
11:15
25
72
1029
Virtual karabakh

Mikayıl Cabbarov: “Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib”

7 Dek, 2023
11:15
1029

Mikayıl Cabbarov: “Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində bildirib.

Nazir qeyd edib ki, bu layihə Azərbaycanla Türkiyə arasında hərtərəfli münasibətlərin daha bir təzahürüdür, türk şirkətinin ölkəmizə birbaşa sərmayəsidir.

“Dərman istehsalı hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. İstənilən resurs tükənəndir. Yalnız insan kapitalına əsaslanaraq bu hüdudları genişləndirmək olar. Bu müəssisənin fəaliyyəti sektorun inkişafına yönəlmiş addımdır. Biz bunu səmimi-qəlblə qəbul edirik”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri