13 
Dek
2023
13:38
16
73
2371
Virtual karabakh

Azərbaycan Mərkəzi Bankından yeni qayda

13 Dek, 2023
13:38
2371

Azərbaycan Mərkəzi Bankından yeni qayda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, AMB likvidlik problemi ilə üzləşmiş banka sonuncu instansiya kreditoru kimi müddəti 6 aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verəcək. Bununla belə, maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda qurumun İdarə Heyəti digər şərtlərlə və daha uzun müddətə sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edəcək.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri