23 
Fev
2024
19:16
63
23
934
Virtual karabakh

Azərbaycanda uşaq evləri və ailə tipli kiçik qrup evləri ƏƏSMN-ə kömək göstərəcəklər

23 Fev, 2024
19:16
934

Azərbaycanda uşaq evləri və ailə tipli kiçik qrup evləri ƏƏSMN-ə kömək göstərəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti 30 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə və 30 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra uşaq evləri və ailə tipli kiçik qrup evləri uşaqlarla bağlı Ailə Məcəlləsinə uyğun olaraq fərdi inkişaf planının hazırlanmasında və icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) kömək göstərəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri