27 
Fev
2024
12:11
46
20
1586
Virtual karabakh

“Crystal Group of Companies” ASC-nin Müşahidə Şurası yaradılıb

27 Fev, 2024
12:11
1586

“Crystal Group of Companies” ASC-nin Müşahidə Şurası yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Crystal Group of Companies” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 23 fevral tarixində ümumi yığıncağı keçirilib. Yığıncaqda şirkətin qarşısında duran bir sıra mühüm və cari vəzifələr, fəaliyyət istiqamətləri müzakirə edilib.

Yığıncaqda şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması, idarəçiliyin müasir korporativ standartlara uyğun şəkildə təkmilləşdirilməsi və “Crystal Group of Companies” ASC-nin  fəaliyyətinə ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi məqsədilə Müşahidə Şurası və İdarə Heyəti seçilib.

Yığıncaqda müəyyən edilib ki, Müşahidə Şurasının sədr də daxil olmaqla 3 nəfərdən ibarət üzvü seçilsin, Müşahidə Şurasının sədri vəzifəsinə “Azəraqrartikinti” ASC-nin sədr müavini Pərviz Vəliyev seçilib.

Pərviz Vəliyev 1982-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit və Bakı Dövlət Universitetinin Hüquq fakültələrini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

Uzun illər Azərbaycan Respublikası Maliyyə Nazirliyi strukturlarında və Hesablama Palatasında müxtəlif məsul vəzifələrdə çalışıb. 2015-ci ildə “PZ” Şirkətlər Qrupu MMC-nin prezidenti vəzifəsini daşıyıb, 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib.

“Crystal Group of Companies” ASC 20 ildən artıqdır ki, ölkənin beton, mebel istehsalı, tikinti-inşaat və plastik qapı-pəncərə sistemləri sahəsində fəaliyyət göstərir. Adı çəkilən sektorlarda, xüsusən də inşaat, beton və mebel istehsalı sektorunda layiqli yer tutan qabaqcıl şirkət respublika əhəmiyyətli bir sıra böyük layihələrin uğurlu icraçısı olub və ölkəmizin inşaat sektorunun çiçəklənməsinə öz layiqli töhfəsini verib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri