27 
Fev
2024
22:22
42
21
1243
Virtual karabakh

G20-dən inflyasiya ilə bağlı AÇIQLAMA

27 Fev, 2024
22:22
1243

G20-dən inflyasiya ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qlobal iqtisadiyyatın yumşaq eniş şansı artır.

Bu barədə “Böyük iyirmiliyin” (G20) maliyyə liderlərinin yekun bəyanatına istinadən məlumat yayılıb.

Onların fikrincə, qlobal iqtisadi perspektiv üçün risklər daha balanslıdır.

Qeyd olunub ki, sənəd yekun deyil və bu həftə San-Pauluda keçiriləcək G20 toplantısından sonra rəsmi şəkildə dərc olunacaq.

“Əksər ölkələrdə inflyasiya əsasən müvafiq pul siyasəti, tədarük zəncirindəki darboğazların aradan qaldırılması və əmtəə qiymətlərinin endirilməsi səbəbindən aşağı düşüb”, - deyə sənəddə qeyd olunub.

Məlumata görə, qlobal iqtisadiyyatda vəziyyət getdikcə nikbinləşir. Ölkələr COVID-19 pandemiyasının, artan inflyasiyanın və faiz dərəcələrinin kəskin artımının təsirlərini aradan qaldırmağa nail olurlar.

Mənbə: Bloomberg

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri