29 
Fev
2024
19:44
6
79
1040
Virtual karabakh

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

29 Fev, 2024
19:44
1040

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın bu il yanvarın 1-nə 15 milyard 866,4 milyon manat təşkil etmiş daxili dövlət borcunu əsasən daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hesabat tarixinə daxili dövlət borcunun 18,5 %-i 1 illik, 66 %-i 2 və 3 illik, 15,6 %-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşüb.

Bu il yanvarın 1-nə daxili dövlət borcunun 6 milyard 339,9 milyon manatı dövriyyədə olan dövlət istiqrazlarının, 175,5 milyon manatı buraxılmış veksellərin, 9 milyard 351 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşüb.

Hesabat dövrünə dövriyyədə olan 6 milyard 339,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,72 təşkil edib. Strategiyaya uyğun olaraq, dövlət istiqrazlarının müddətinin mərhələli şəkildə uzadılması məqsədilə orta və uzunmüddətli dövlət istiqrazlarının həcminin artırılması Orta Ödəmə Müddətinin artmasına səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri