16 
İyl
2015
23:31
14
54
3396
Virtual karabakh

ADİF: “Azərbaycan Kredit Bankı” Fondun reyestrindən çıxarıldı

16 İyl, 2015
23:31
3396

ADİF: “Azərbaycan Kredit Bankı” Fondun reyestrindən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Fonda üzv bankların sayı 43-dür.

2007-ci il sentyabrın 10-da Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Azərbaycan Kredit Bankı” ASC 2015-ci il iyulun 16-da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib. 

Oxu.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.

Fond bildirib ki, bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

"Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir"-deyə, ADİF-dən qeyd ediblər.

Xatırladaq ki, əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az  əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, hazırda Fonda üzv bankların sayı 43-dür.

Onu da əlavə edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 29 dekabr 2005-ci il tarixli, 249 saylı lisenziyası ləğv edilmişdi. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri