21 
Mar
2024
13:10
12
57
1267
Virtual karabakh

Kopenhagendə COP29-un prioritetləri müzakirə olunacaq - VİDEO

21 Mar, 2024
13:10
1267

Kopenhagendə COP29-un prioritetləri müzakirə olunacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) prezidenti Sultan Əl-Cabir bu gün Danimarkanın paytaxtı Kopenhagendə qarşıdan gələn COP29 kontekstində iqlim dəyişikliyi ilə mübarizə addımlarını ətraf mühit nazirləri ilə müzakirə edəcək.

Bu barədə COP28-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

“Sultan Əl-Cabir ətraf mühit nazirlərinin Kopenhagen görüşündə COP28 nümayəndə heyətinə rəhbərlik edəcək. Onlar birlikdə əldə edilmiş tərəqqi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) konsensusuna əsaslanan, eləcə də COP üçlüyü (BƏƏ, Azərbaycan və Braziliya) ilə birlikdə COP29 istiqamətində əldə edilmiş irəliləyişləri və gələcək iddialı iqlim fəaliyyətini, gözləntilər və prioritetləri müzakirə edəcəklər”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, bu, COP28-dən sonra ilk böyük görüş olacaq.

Görüşə COP28-in prezidenti Sultan Əl-Cabir, həmçinin COP29-un prezidenti vəzifəsinə təyin edilmiş Muxtar Babayev və Danimarkanın inkişaf, əməkdaşlıq və qlobal iqlim siyasəti üzrə naziri Dan Yorqensen sədrlik edəcəklər.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri