Paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində ictimai asayişin qorunması, məişət səs-küyünün qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin Oxu.Az-a verdiyi məlumata görə, 13 qanun pozuntusu üzrə asayişi pozan şəxslər məsuliyyətə cəlb olunublar.
Asayişi pozan avtomobillərin görüntülərini təqdim edirik:
Məhərrəm Əliyev
Paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində ictimai asayişin qorunması, məişət səs-küyünün qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a açıqlama verib.
"Tədbirlərlə 13 qanun pozuntusu aşkarlanıb və onları törədən şəxslər məsuliyyətə cəlb olunublar. Ərazidə sakinləri narahat edən hallarla bağlı tədbirlər diqqətdə saxlanılır", - C.Qənbərli qeyd edib.
Samir Əli