Fransanın qərbində yerləşən Oleron adasında sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində azı on nəfər yaralanıb.
Oxu.Az "Parisien" nəşrinə istinadən xəbər verir ki, sürücü qəsdən piyadaları və velosipedçini vurub. O, hadisədən əvvəl "Allahu Əkbər" qışqırıb.
Fransa vətəndaşı olan şübhəli şəxs hadisədən sonra avtomobilini yandırmağa cəhd edərkən, tutularaq nəzarətə götürülüb.
Xəbərdə bildirilir ki, hadisədən əvvəl o, potensial radikal kimi hüquq-mühafizə orqanlarının diqqətini çəkməyib.