Ağdamda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) mayın 1-i saat 20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Üç nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.
Ağdamda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması zamanı Ağdərə rayonunun Kolatağ kənd sakini, 1966-cı il təvəllüdlü Surxay Kərimov və Cəsarət Hacıyev ölüblər.
Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.