Ağdamda evdə baş verən yanğında xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-si 00:20-da Ağdam rayonunda baş verən yanğın səbəbi ilə iki nəfər (qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"1965-ci il və 2013-cü il təvəllüdlü şəxslərə üzün, əllərin, hər iki yuxarı və aşağı ətrafın I və II dərəcəli termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunublar".
Aygün Mirakif
Ağdam rayonunda evdə yanğın hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, rayonun Quzanlı qəsəbə sakini Əhəd Natiq oğlu İsmayılova məxsus üçotaqlı ev yanıb.
Həmin vaxt evdə olan 1965-ci il təvəllüdlü Zibeydə Qənimət qızı İsmayılova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Nəzrin Əhəd qızı İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli