"Qarabağ"ın futbolçusu Emmanuel Addainin "Kopenhagen"ə vurduğu qol UEFA Çempionlar Liqasında "həftənin ən yaxşı qolu" adına namizəddir.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqası rəsmi saytı məlumat yayıb.
Addai bu mükafat uğrunda İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holand, "Monako"dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari ilə mübarizə aparacaq.
Qeyd edək ki, "Qarabağ" ötən gün "Kopenhagen"i Tofiq Bəhramov adına Respublika stadionunda iki cavabsız qolla üstələyib.
Səsvermədə iştirak etmək üçün buradan daxil ola bilərsiniz.