"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Oxu.Az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
Oyunda ikinci qol vuruldu.
Oxu.Az xəbər verir ki, 83-cü dəqiqədə "Qarabağ" hesab fərqini artırıb - 2:0. Emmanuel Addai baxımlı qola imza atıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Kopenhagen" oyununda ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada ilk hissədən sonra Ağdam təmsilçisi 1:0 hesablı üstünlüyə malikdir.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Kopenhagen" oyununda ilk hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar fasiləyə 1:0 hesabı ilə yollanıblar.
Oyunda hesab açıldı.
Oxu.Az xəbər verir ki, 28-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"ı hesabda önə çıxarıb - 1:0.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda "Qarabağ" növbəti oyununa çıxır.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Danimarkanın "Kopenhagen" klubunu qəbul edir.
Komandalar meydanda aşağıdakı "11-lik"də çıxış edirlər:
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Kopenhagen": Dominik Kotarski, Qabriel Perreyra, Pantelis Hatzidiakos, Yussuf Mukoko, Mohamed Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Heskas, Markos Lopes, Roberto, Tomas Dileyni.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç başlayıb.
Daha çox foto burada: PhotoStock.az
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu oktyabrın 22-də səfərdə "Atletik Bilbao" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk görüşündə "Benfika"nı səfərdə 2:3 hesabı ilə məğlub edib, "Kopenhagen" isə öz meydanında "Bayer Leverkuzen"lə 2:2 hesablı heç-heçə ilə barışıb.
1 oktyabr
UEFA Çempionlar Liqası
II tur
Saat 20:45, "Qarabağ" - "Kopenhagen".