Yuxarı Şirvan suvarma kanalının Ağdaş rayonu Şəkili kəndindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, kənd sakini, 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süleymanlının meyiti batdığı istiqamətdə aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, kanalda batan yeniyetmə alpaqut idman növü üzrə respublika çempionu imiş.
Samir Əli