Ağdərə rayonunda 31 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çıldıran kəndində baş verib. Kəlbəcər rayonu, Təkəqaya kənd sakini, 1994-cü il təvəllüdlü Yaməddin Həsənlini elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli