Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfər xəstəxanaya çatdırılıb.
Onlardan biri həyatını itirib, digərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12