Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Altı nəfəri qanunsuz işlədən şirkət 24 min manat cərimələndi
"İnşaatçı-FA" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağstafa Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 6 şəxsin rayon ərazisində internet dirəklərinin basdırılması işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə hüquqi şəxs 24 min manat məbləğində inzibati cərimələnib.
Eyni zamanda Cəmiyyətin direktoru Fərid Ağayev barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz Regional şöbəsinə göndərilib və F.Ağayev müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.
"Əmək müqaviləsi" teqi üzrə xəbərlər
- Ağdamda şirkət rəhbəri cərimələndi
- Həyat yoldaşına görə Azərbaycandakı işini itirənlərin problemləri həll olunacaq?
- Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib
- Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - SƏBƏB
- Xocalıda işçiləri müqaviləsiz işlədən şirkət və rəhbəri cərimələnib
Rəylər