Tərtər rayonunda evdə baş verən dəhşətli yanğın hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin Nərimanov küçəsində fərdi yaşayış evində baş verib.
Rayon sakini, 1941-ci il təvəllüdlü Əsgər Səmədova məxsus evin mətbəxində baş verən qısaqapanma zamanı yanğın hadisəsi baş verib. Daha sonra evin mətbəxində quraşdırılmış qaz balonunun qızmasından partlayış olub.
Hadisə nəticəsində ev sahibi Əsgər Səmədov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Hüseynova yanaraq ölüblər.
Yanğın söndürüləndən sonra ər-arvadın yanmış meyitləri yataq otağında aşkar edilib.
Tərtər rayonunda ev yanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Nərimanov küçəsində fərdi yaşayış evində baş verib.
Rayon sakini Əsgər Səmədova məxsus evdə ehtiyatsızlıqdan yanğın baş verib. Hadisə nəticəsində 1941-ci il təvəllüdlü Əsgər Səmədov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Hüseynova yanaraq ölüblər.
Faktla bağlı araşdırma başlanıb.