Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
15 gün əvvəl ana olan qadın öldü: "Meyitin yarılmasını istədilər"
"Ölüm səbəbinin dəqiq nə olduğu bilinmir. Çünki Mərkəzi Neftçilər Xəstəxanasında meyitin yarılmasını istədilər, icazə vermədim. Sağlığında əziyyət çəkdi, dedim, heç olmasa, vəfat edəndən sonra ruhu rahatlıq tapsın".
Bunu Oxu.Az-a açıqlamasında "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin əməkdaşı Niftulla Məmmədli deyib.
O bildirib ki, həkimlərin sözlərinə görə, ilkin ehtimal tromblaşma olub.
Niftulla Məmmədli deyib ki, həyat yoldaşı (Günel Məmmədli) ötən il dekabrın 24-də qeysəriyyə əməliyyatı olunub və 27-də xəstəxanadan evə buraxılıb:
"Evdə iki gün vəziyyəti çox yaxşı idi. Dekabrın 29-dan vəziyyəti pisləşdi. Qan təzyiqi var idi. Həkimi ilə danışdıq, bildirdi ki, normal prosesdir. Dərman qəbul etdi, bir az yaxşılaşdı, amma yenə də özünü yaxşı hiss etmirdi. Bundan sonra kardioloqa müraciət etdik. Exokardioqrafiya nəticəsi təmiz çıxdı. Həkim bildirdi ki, əməliyyat olunub, yorğun düşüb. Bundan sonra gətirdik evə. Təzyiqi düzəldi. Lakin dedi ki, kürəyində küt ağrılar var".
O qeyd edib ki, yoldaşının heç bir xəstəliyi olmayıb:
"Qorxu, stres, həyəcan keçirib. Özü də deyirdi ki, qorxub həyəcanlanmışam. Nevropatoloqa da göstərmişdik".
Aləmdə Nəsib
2001-ci il təvəllüdlü pasiyent (qadın cinsli) dekabrın 10-da saat 04:10 -da ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəstəyə göstərilən bütün zəruri və təcili tibbi müdaxilələrə baxmayaraq, saat 05:15-də dəqiqləşdirilməmiş ürək dayanması diaqnozu ilə ölüm faktı qeydə alınıb.
Bildirilib ki, pasiyent hamiləliyi boyunca özəl tibb müəssisəsində antenental xidmət alıb, eləcə də qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.
"Ölümün bilavasitə səbəbi yalnız təşrih nəticəsinə təyin oluna bilər", - deyə məlumatda bildirilib.
Aləmdə Nəsib
"Azərişıq" ASC-nin Mətbuat Xidmətinin əməkdaşı Niftulla Məmmədliyə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumata görə, N.Məmmədlinin həyat yoldaşı 24 yaşlı Günel Məmmədli bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Günel Məmmədlinin 15 gün əvvəl övladı dünyaya gəlib.
Rəylər