"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) daha bir departament rəisi vəzifəsindən azad olunub.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Nəqliyyat və Xüsusi Texnika Departamentinin rəisi Həbib Hacıyev işdən çıxarılıb.
Həbib Hacıyevin vəzifəsindən azad olunması barədə məlumatı "Bakı Metropoliteni" QSC-dən təsdiqləyiblər. Bildirilib ki, Həbib Hacıyev öz xahişi ilə işdən ayrılıb. O, bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar verib.
Qeyd edək ki, bundan əvvəl QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub.