Hindistanın iki neft emalı zavodu ilk dəfə ABŞ-nin "ExxonMobil" şirkətindən külli miqdarda Qayana nefti alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Bildirilir ki, "ExxonMobil"dən ümumən 4 milyon barel xam neft alınıb. "Indian Oil Corp." şirkəti 2 milyon barel "Golden Arrowhead" markalı neft, "Petroleum Corp." isə 2 milyon barel "Liza" və "Unity Gold" markalı xam neft alıb.
Bununla da Hindistan Rusiyadan neft idxalını yarıbayarı azaldıb.
ABŞ lideri Donald Tramp daha əvvəl bildirib ki, Hindistanın Baş naziri Narendra Modi ona Rusiya neftindən imtina edəcəyinə söz verib.