Bakıda mənzildən meyit tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 6-da axşam saat 21 radələrində paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Saatlı rayon sakini - 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin nəşi paytaxtda yaşadığı mənzildə tapılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12