Bakıda 47 yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 29-da saat 21 radələrində paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini 1979-cu il təvəllüdlü Natiq Rəhimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12