Xəzər rayonunda açıq ərazidə baş vermən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.
Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, açıq ərazidə 15 hektar sahədə kol-kos və məişət tullantıları yanıb.
Yaxınlıqda yerləşən tikililər və istixana yanğından mühafizə olunub.
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.