Böyükşor-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumatda bildirilib ki, iyulun 6-da saat 23:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı yolu ərazisindən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır stabildir", - deyə məlumatda vurğulanır.
Böyükşor-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 6-da saat 23:22-də baş verib.
BMW markalı, 77-GE-175 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan A.İsmayılov idarəetməni itirib. Nəticədə avtomobil beton plitəyə çırpılıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əzizə İsmayılova
Böyükşor-Pirşağı yolunda avtomobildə yanğın baş verib.
Oxu.Az-ın məlumatına görə, BMW markalı minik avtomobili qəza törədib, nəticədə maşın iki hissəyə ayrılaraq alışıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.