Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində - Hüseynbala Əliyev küçəsində yaşayan sakinlər kanalizasiya problemindən gileylənirlər.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, sözügedən küçədə bina 22-nin zirzəmisi üç ildir ki, kanalizasiya suları ilə dolur və nəticədə mənzilləri, ətrafı kəskin üfunət bürüyür.
Müraciətdə bildirilir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət olunsa da, problem indiyədək həllini tapmayıb.
Sakinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və kanalizasiya sistemində yaranmış nasazlığın qısa zamanda aradan qaldırılmasını xahiş edirlər.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.