Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda avtobus "Land Cruiser"lə toqquşdu
"BakuBus" MMC-nin balansında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 77-JB-913 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 08:55-də qeydə alınıb".
Bunu Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.
"Avtobusu idarə edən sürücü Salmanov Elməddinin verdiyi ilkin məlumata əsasən, hadisə minik avtomobilinin qəfil şəkildə avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək məqsədilə onlar operativ şəkildə 10 nömrəli müntəzəm marşrut xəttinə məxsus digər avtobusa yönləndiriliblər və marşrut xəttinin qrafiki qısa müddətə bərpa olunub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır", - deyə Ə. Əliyeva qeyd edib.
Əzizə İsmayılova
Bakıda sərnişin avtobusu qəza törədib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Ağ şəhər ərazisində qeydə alınıb.
10 nömrəli marşrut avtobusu "Toyota Land Cruiser" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanların olması barədə məlumat yoxdur.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Bakıda AĞIR QƏZA: Yaralının son vəziyyəti açıqlandı
- Şri-Lankada avtobusun qəzaya uğraması nəticəsində 37 nəfər xəsarət alıb
- Ağır qəza iki qardaşın ölümü ilə sonlandı - Biri Vətən müharibəsi iştirakçısı olub
- Şəkidə yük maşını ilə mikroavtobus TOQQUŞDU: Xəsarət alanların vəziyyətləri açıqlandı
- Gəncədə qəzaya uğrayan BMW evin yanmasına səbəb oldu