Ötən gün Azərbaycanda rəsmi səfərdə olmuş İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian özünün "X" hesabında paylaşım edib.
İran prezidenti qeyd edib ki, bu səfər iki qonşu ölkə arasında etimadın artırılmasına və hərtərəfli inkişafa xidmət edəcək.
"Dünən Bakıda hörmətli qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşümüz oldu, sənədlər imzaladıq. Bu səfər etimadın artırılması və hərtərəfli elmi, iqtisadi, mədəni, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün başlanğıcdır. Qonaqpərvərliyinə görə cənab İlham Əliyevə təşəkkür etmək istəyirəm", - M.Pezeşkian qeyd edib.
Xatırladaq ki, Məsud Pezeşkian Azərbaycan Respublikasına aprelin 28-də dövlət səfəri edib.
دیروز در باکو با برادر عزیزم الهام علیف رئیس جمهوری آذربایجان تفاهمهایی داشتیم و سندهایی امضا شد. این سفر مقدمهای برای افزایش اعتماد و گشوده شدن افقهای جدید برای همکاریهای همهجانبه علمی، اقتصادی، فرهنگی و امنیتی است. از مهماننوازی جناب الهام علیف تشکر میکنم.@azpresident pic.twitter.com/0j28hymxnN
— Masoud Pezeshkian (@drpezeshkian) April 29, 2025