Paytaxtın Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında sürüşmə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qurumdan Oxu.Az-a bildirilib ki, hadisə ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azkommunalayihə" institutu və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə birgə baxış keçiriblər.
Qeyd olunub ki, təhlükəsizlik məqsədilə ərazi lentlənib.
Samir Əli
"Son günlər Abşeron yarımadasında müşahidə olunan intensiv atmosfer çöküntülərinin düşməsi ilə Bakının Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında sərt yamacda səthi yuyulma nəticəsində sürüşmə baş verib".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında 3-4 kubmetr süxur kütləsinin islanaraq yamac boyunca uçması hesabına sürüşmə olub:
"Proses lokal xarakterli olub. Nisbətən yumşaq süxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır".