Gecə saatlarından etibarən əsən güclü külək səbəbindən Bakı şəhəri ərazisində səkkiz ağac sınıb, 12 ağacın budaqları qırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazilər təmizlənib.
Məhərrəm Əliyev