Bakı şəhərinin Suraxanı rayonunda qeyri-sabit hava şəraiti nəticəsində üzərinə qaz borusu düşən avtomobilin sahibi hadisə ilə bağlı danışıb.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, avtomobil cəmi bir həftə əvvəl alınıb. Üzərinə düşən qaz borusu avtomobili, demək olar ki, iki hissəyə bölüb.
Zərbənin təsirindən avtomobilin dam hissəsi ikiyə bölünüb. Sahibinin sözlərinə görə, həyat yoldaşı pəncərədən baxarkən ağacın üzərinə aşdığı qaz borusunun avtomobilin üstünə düşdüyünü görüb. O, avtomobilin sığortalandığını da bildirib.
Qaz borusunun üzərinə aşdığı ağac artıq kəsilərək hissələrə bölünüb. Hadisə ilə əlaqədar ərazidə mənzillərə qazın verilişi dayandırılıb.
Bakı şəhərinin Suraxanı rayonunda ağac aşıb.
Oxu.Az xəbər verir ki, qeyri-sabit hava şəraiti nəticəsində ağac qaz borusunun üzərinə düşüb.
Boru isə "Geely Monjaro" markalı avtomobilin üstünə aşıb. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb.