Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda iki avtomobil toqquşub: Bir ölü, üç yaralı
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımovun idarə etdiyi VAZ-2101 markalı avtomobillə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2101 markalı avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov xəsarət alıblar.
Faktla bağlı cinayət işi başlanıb.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda avtomobil AŞDI: Yaralılar var
- Bakıda ana və iki övladının vurulması ilə nəticələnən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Anası ilə mübahisə edən Sadiq intihar edib? - Mərdəkanda baş verən avtoqəzanın yeni DETALLARI
- Bakıda iki nəfərin ölümü ilə nəticələnən avtoqəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xaçmazda avtomobil ağaca ÇIRPILDI: Ölən və yaralanan var