Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Bakıda məktəbli qızın özünü binadan atması ilə bağlı RƏSMİ AÇIQLAMA](https://images.oxu.az/2025/02/10/9aMhFof33iLlREL6wpKWp3cefOw6fNC7CmiGhliT:1200.webp)
Bakıda məktəbli qızın özünü binadan atması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakı şəhəri, Nizami rayonunda bir nəfərin yıxılma səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 16 yaşlı şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda, metronun "Neftçilər" stansiyası yaxınlığında qeydə alınıb.
16 yaşlı Kamilə Nemət qızı Məmmədova çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbi hələlik məlum olmasa da, K.Məmmədovanın məktəbli olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"İntihar hadisəsi" teqi üzrə xəbərlər
- Zaqatalada DƏHŞƏT: gənc oğlan özünü fındıq ağacından ASDI
- Şəhidin ailə üzvü olan şagirdin meyiti asılı halda tapıldı - RƏSMİ AÇIQLAMA
- İmişlidə yaşlı qadın sirkə turşusu içərək canına qəsd etdi
- Uşaqları ölümlərə sürükləyən oyunlar: Onlara məhdudiyyət qoyula bilər?
- 17 yaşlı qız yaşadığı evin həyətində özünü asdı
Rəylər