Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Arvadını üzqırxana görə döyən şəxsə hökm oxundu
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Samir Nağıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və S.Nağıyev cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 2024-cü il noyabrın 6-da saat 6 radələrində Abşeron rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Samir Nağıyev arvadı, zərərçəkmiş Ülkər Nağıyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisəyə səbəb isə kişinin tulladığı üzqırxanını qadının hələ də evin yataq otağındakı dolabda saxlaması səbəb olub. Bu zaman təqsirləndirilən şəxs arvadının üzərinə hücum edərək qəsdən yumruqla onun sifət, baş, sol göz nahiyələrinə zərbələr vuraraq xəsarət yetirib.
Hadisədən sonra Samir Nağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- İki uşaq anası intihar etməmişdən əvvəl məktub yazıbmış: "Üzünüzə daha baxa bilmirəm" - DETALLAR
- Uğursuz siyasətçilərin yığıncağı - Avropa Parlamentinin separatçı sevgisi
- Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 51 yaşlı ataya cəza verildi
- Arkadi Qukasyandan məhkəmədə etiraf: "Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb"
- Məşhur ABŞ-li kino ulduzu evində ölü tapıldı