Bakıda 39 yaşlı tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dünən Xətai rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub:
"Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Eldar İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır".
Məhərrəm Əliyev
Bakıda mənzildə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisindəki evlərdən birində olub.
1987-ci il təvəllüdlü Eldar İbrahimov tanışı Saməddin Samid oğlu Babazadə ilə evdə mübahisə edib. S.Babazadəyə beş bıçaq zərbəsi vurulub.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhərrəm Əliyev