Bakıda rinoplastika əməliyyatından sonra iflic vəziyyətinə düşən 34 yaşlı qadın vəfat edib.
Oxu.Az News24.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı daha sonra iflic vəziyyətinə düşüb. Uzun müddət müalicə alan qadın ötən gün həyatını itirib.
* Burun əməliyyatına sağlam girib iflic olaraq çıxdı: Cərrah isə aparatın işləmədiyini deyir
Qeyd edək ki, Nigar Budaqlının əməliyyatdan sonra iflic vəziyyətinə düşməsi ilə bağlı daha əvvəl də məlumat yayılıb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi "MedAura" Klinikasında rinoplastika əməliyyatından sonra Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm elan edib.
Lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkimin tibbi fəaliyyətlə məşğul olmaq hüququ 2 il müddətinə əllərindən alınıb.