Malayziyanın "Johor Darul Ta'zim" klubu ölkə çempionatında ardıcıl 109 oyundur məğlub olmur və bu göstərici ilə dünya rekorduna imza atıb.
Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.
Komanda Malayziya Superkubokunda "Kuçinq Siti"ni 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma həm də ölkə çempionatının oyunu kimi hesablanır.
Bununla da "Johor Darul Ta'zim" 1989-1994-cü illərdə Kot-d'İvuarda 108 oyunluq məğlubiyyətsiz seriya müəyyənləşdirmiş "ASEC Mimosas"ın rekordunu geridə qoyub.
"Johor Darul Ta'zim" ölkə çempionatında sonuncu dəfə 2021-ci ilin aprelində məğlub olub. Klub son 12 mövsümdə Malayziya çempionu adını qazanıb və hazırda ardıcıl 13-cü çempionluğuna doğru irəliləyir.