Bakıda 14-cü mərtəbədən yıxılan 17 yaşlı qızın vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"2008-ci il təvəllüdlü şəxs (qadın cinsli) bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
Xəstəyə zəruri tibbi yardımlar göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda koma vəziyyətindədir, süni ventilyasiya aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir".
Aygün Mirakif
Bakıda 17 yaşlı qız 14-cü mərtəbədən yıxılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. 2008-ci il təvəllüdlü M.Züleyxa yaşadığı Nərimanov rayonu ərazisindəki 17 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli