Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakının "20 Yanvar" dairəsində özünü avtomobilin qarşısına atan şəxslə bağlı RƏSMİ AÇIQLAMA
"Aprelin 27-də paytaxtın Yasamal rayonunda qeydə alınan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev verib.
"Sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən naməlum şəxsin əməlləri araşdırma predmetidir.
Həmin şəxsin müəyyən olunaraq qəti tədbirlər görülməsi üçün materiallar icraata qəbul edilib.
Sürücülərə tövsiyə edirik ki, belə halla rastlaşdıqda dərhal polisə məlumat verin, əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşmayın. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi, başqalarını da eyni hədəyə məruz qoya bilər. İctimai təhlükəsizliyin təminatı hər bir vətəndaşdan asılıdır", - deyə E.Hacıyev vurğulayıb.
Əzizə İsmayılova
Bakının Yasamal rayonu ərazisində, "20 Yanvar" dairəsi kimi tanınan yerdə gənc oğlanın özünü qəsdən nəqliyyat vasitələrinin altına atdığı iddia olunur.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı görüntüləri həmin hadisə barədə məlumat verən vətəndaş təqdim edib.
Bildirilib ki, 30-35 yaşlı şəxs, əsasən, səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyət yaradır və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni "həll etdiyi" qeyd edilir.
Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.
Sözügedən görüntüləri təqdim edirik:
"Yasamal rayonu" teqi üzrə xəbərlər
- Bakıda yaşayış binasının blokunda narkotik qəbul edən şəxs saxlanıldı
- Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib
- Bakıda oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü - TƏFƏRRÜAT
- Sakinləri qorxuya salan hadisə: Yasamalda külək ciddi fəsadlar törətdi
- MTK-dan narazılıq: "İdman zalına görə uşaqların əyləncə avadanlığı sındı"