Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Çempionların savaşı" turnirində rapid yarışlarına yekun vurulub
Bakıda keçirilən şahmat üzrə "Çempionların savaşı" turnirində rapid yarışlarına yekun vurulub.
Oxu.Az Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid partiyalarından sonra R.Məmmədov 4:2 hesabı ilə üstünlük qazanıb.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Rapid partiyalarının yekununa əsasən Günay 3.5:2.5 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, qalib rapid və blits oyunların nəticəsinə əsasən müəyyənləşəcək.
"Azərbaycan Şahmat Federasiyası" teqi üzrə xəbərlər
- "Şahmat klubu" ən uzunömürlü idman verilişi kimi Ginnesin Rekordlar Kitabına düşüb
- Azərbaycanlı FIDE hakimi vəfat edib
- Azərbaycan Şahmat Federasiyası rəsmisinin adı ikinci dəfə Ginnesin Rekordlar Kitabına düşə bilər
- Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentinin adı Ginnesin Rekordlar Kitabına düşdü
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi