Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bərdədəki gözəllik salonunda qadına hücumun YENİ GÖRÜNTÜLƏRİ
Bərdədə baş vermiş bıçaqlanma ilə bağlı yeni görüntülər yayılıb.
Oxu.Az-ın əldə etdiyi müşahidə kamerası kadrlarında Vətən müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovun hadisə baş verən gözəllik salonuna daxil olduğu və orada çalışan Tünzalə Hüseynova ilə mübahisə etdiyi görünür. Kadrlarda onların əlbəyaxa münaqişəyə girməsi, qadının Ceyhun Zeynalova bıçaqla xəsarət yetirməsi anbaan əks olunub.
Bərdə rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Aprelin 12-də 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "TikTok" sosial platformasında yaranmış mübahisə zəminində Vətən müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, cinayət hadisəsini törətməzdən əvvəl Tünzalə Hüseynova aprelin 4-də Ceyhun Zeynalov barəsində polisə müraciət edib.
Buna səbəb isə Ceyhun Zeynalovun Tünzalə Hüseynovanın işlədiyi gözəllik salonuna gələrək ona və dayısı qızı Rəqsanə Əhmədovaya hücum etməsi olub. Ceyhun Zeynalov Rəqsanə Əhmədovanı döyüb, Tünzalə Hüseynovanın isə telefonunu sındırıb.
Bütün bu hadisələr anbaan kameralarla qeydə alınıb.
Tünzalə Hüseynova aparılan araşdırmanın nəticəsini gözləmədən Ceyhun Zeynalov ilə görüşərək, bıçaqla xəsarət yetirib.
Sözügedən hadisədən sonra Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Aygün Mirakif