Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mauro İkardidən gözlənilməz qərar: "Qalatasaray"dan ayrılır
"Qalatasaray"da gözlənilməz hadisə baş verib.
Oxu.Az "TGRT Haber"ə istinadən xəbər verir ki, klubun argentinalı ulduzu Mauro İkardi rəhbərliklə görüşdə komandadan ayrılmaq istədiyini bildirib.
Məlumata görə, futbolçu öz ölkəsinə qayıtmaq istəyini deyib.
2026-cı ilədək "Qalatasaray"la müqaviləsi olan İkardinin ailəsinə yaxın olmaq üçün transfer olunmaq istədiyi bildirilir.
Qeyd edək ki, son zamanlar zədələrlə mübarizə aparan İkardi "cim-bom"un heyətində bu mövsüm cəmi 14 oyunda iştirak edə bilib. O, bu oyunlarda 6 qol vurub, 2 asist edib.
İkardinin gələcəyi ilə bağlı son qərarın qısa zaman ərzində aydınlaşması gözlənilir.