Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəhid atasını aldadaraq pulunu oğurladılar
İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə İsmayıllının Hacıhətəmli kənd sakini, şəhid atası 85 yaşlı Şamil Məmmədovun başına gəlib.
Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.
Şəxslərdən biri birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.
Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.
Araşdırma nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Ətraflı süjetdə:

"İsmayıllı rayonu" teqi üzrə xəbərlər
- İsmayıllıda kanaldan meyiti tapılan şəxsin oğlu da FACİƏLİ ŞƏKİLDƏ ÖLÜBMÜŞ
- Keçmiş nişanlısını özünü öldürmə həddinə çatdıran şəxsə nə qədər cəza verilib?
- İsmayıllı sakinlərindən şikayət: "Avtobuslar yoxdur, taksilərin ümidinə qalmışıq"
- İsmayıllıda beş uşaq atası intihar edib
- Həbs edilən polkovnik-leytenanta qarşı yeni ittihamlar irəli sürülüb