Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan danışdı: "Müsbət nümunələr əldə etdik"
"Braziliya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər çox yaxşı gedir".
Bu sözləri Baku TV-yə müsahibəsində Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Klaudio Kajado deyib.
"Biz artıq neft və qaz sahəsində - Petrobras ilə onun Bakıdakı analoji şirkəti arasında əməkdaşlığa başlamışıq. Ticari əlaqələrimiz də mövcuddur. Azərbaycan milli aviasiya şirkətimiz olan "Embraer"dən təyyarələr alıb. Kənd təsərrüfatı sahəsində isə Braziliyanın "Embrapa" təşkilatı ilə Azərbaycanın kənd təsərrüfatı sektoru arasında təcrübə mübadiləsi həyata keçirilib", - deyə o qeyd edib.
Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan da danışıb.
O, tədbirin çox uğurla keçirildiyini bildirib:
"Ötən ilin noyabr ayında bu tədbirdə iştirak etmək imkanım oldu. Mühüm irəliləyişlər əldə olundu. COP29 Azərbaycan hökumətinin təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu bir daha nümayiş etdirdi. Biz iki əsas sahədə mühüm nəticələr əldə etdik: karbon məsələsi və əhəmiyyətli hesab etdiyimiz fondun yaradılması. Bu, çox ciddi addım idi. Digər tərəfdən isə Braziliya Bakı ilə Belən arasında körpü rolunu oynayacaq. COP29 zamanı əldə etdiyimiz faydalı və müsbət nümunələri COP30-da, yəni bizim ölkədə keçiriləcək konfransda da tətbiq edəcəyik".
Ətraflı süjetdə:

"COP29" teqi üzrə xəbərlər
- Sloveniya Azərbaycanla minatəmizləmə üzrə əməkdaşlığın davam etdirilməsində maraqlıdır
- Ceyhun Bayramov Çinin yeni səfirini qəbul edib
- Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü
- Türkiyəli nazir Azərbaycana təşəkkür etdi
- Elçin Əmirbəyov: "Ermənistanın əsas qanunu sülh sazişinin ruhuna uyğun olmalıdır"