Biləsuvar rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.
Oxu.Az-ın məlumatına görə, hadisə mayın 24-də axşam saatlarında rayonun Bağbanlar kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Tural Məmmədli yaşadığı evin həyətində iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12