Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı hərəkətdə olan yük avtomobili ilə "Niva" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Atəş Məmmədov ağır xəsarətlər alıb və rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12